Yazını böyüt
Yazını kiçilt
“Qatar Energy” şirkətinin iki müəssisəsinə edilən hücumlardan sonra mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırması Avropada qazın qiymətinin kəskin artmasına səbəb olub.
Hafta.az “Ən-Nəşrə”yə istinadən yazır ki, Hollandiyanın etalon sayılan “TTF” təbii qaz müqavilələrinin qiyməti təxminən 45 faiz artaraq 46 avronu ötüb.
Bundan əvvəl, İranla hərbi münaqişənin Fars körfəzi regionunda tədarük zəncirinin qırılmasına səbəb olacağı ilə bağlı yaranan narahatlıqlar fonunda qiymətlər 20 faizdən çox yüksəlmişdi.
“Qatar Energy” bazar ertəsi günü bildirib ki, Ras-Laffan və Mesaid sənaye şəhərlərindəki əməliyyat obyektlərinə edilən hərbi hücum səbəbindən LNG və əlaqəli məhsulların istehsalını dayandırıb.