Yazını böyüt
Yazını kiçilt
Rusiyanın sənaye və ticarət naziri və baş nazirin müavini Denis Manturov sanksiyaların təzyiqinə baxmayaraq, Avropanın 500 ən böyük şirkətindən yalnız 100-ünün Rusiya bazarını tərk etdiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Rusiya” sərgisində çıxış edən Manturov bildirib ki, Avropanın 500 ən böyük şirkətinin yalnız 20 faizi Rusiyadandır.
ABŞ-ın 350 ən böyük şirkətindən 66-nın Rusiyanı tərk etdiyini deyən baş nazirin müavini, “Beləliklə, bu, bazarımızın cəlbedici olduğunu və enerji resurslarının dəyəri daxil olmaqla potensialımızın da cəlbedici olduğunu göstərir. Avropada baş verənləri görürsünüz: orada bizneslər də getdikcə kiçilir” deyib.