Avstraliya polisi ölkənin ən böyük kokain əməliyyatını həyata keçirib. Polisin verdiyi açıqlamada, 500 milyon dollar dəyərində iki tondan çox kokainin ələ keçirildiyi bildirilib.
Hafta.az-ın yazdığına görə, qaçaqmalçıların Avstraliyaya narkotik keçirmək üçün istifadə etdikləri balıqçı qayığının Brisben sahillərində tutulmasından sonra ikisi uşaq olmaqla 13 nəfər haqqında qanuni tədbir görüldüyü bildirilib.
Tutulan şübhəlilərdən ikisinin qayıqdan istifadə etdiyi, digər 11 nəfərin isə kokaini almaq üçün sahildə gözlədiyi bildirilib.
Federal polis "Tirrendor əməliyyatı" çərçivəsində həbs edilənlərdən birinin Comanchero Outlaw Motosiklet Klubunun Brisben filialının vitse-prezidenti olduğunu bildirib.
Ədliyyə Departamenti bildirib ki, qanundankənar motosiklet dəstələri öz klublarından "zorakı cinayətlər və narkotik ticarəti" üçün istifadə edirlər. Açıqlamada əməliyyatın motosiklet qrupu ilə adı açıqlanmayan beynəlxalq cinayət təşkilatı arasında kokain alveri ilə bağlı kəşfiyyat məlumatı alındıqdan sonra həyata keçirildiyi bildirilib.
Polis narkotikin mənbəyinin hələ müəyyən edilmədiyini və araşdırmaların davam etdiyini deyib.
6 həftəlik "Orion" əməliyyatı zamanı kokainin Avstraliyaya doğru yeni narkotik marşrutu ilə "narko-sualtı qayıqlar" tərəfindən daşındığı müəyyən edilib.