Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra” dəstəsinin əməkdaşları ölkə xüsusi xidmət orqanlarının Rusiyaya casusluqda şübhəli bilindiyi 39 yaşlı Yunanıstan vətəndaşının saxlanılması istiqamətində əməliyyat keçirib. Bu barədə bazar ertəsi Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusi təyinatlıların əməkdaşları “Rusiya əsilli Yunanıstan vətəndaşını” saxlayıb və onun Vyana ətrafında yerləşən evində axtarış aparıblar. Qəzetin yazdığına görə, şübhəli “Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının oğludur, xidməti dövründə Almaniya və Avstriyada diplomat işləmiş”.
Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsi məhbusun müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə təmaslarını qeydə alıb. O, dövlət sirrini açıqlamaqda da şübhəli bilinir. Qəzetin yazdığına görə, saxlanılan şəxsin evində axtarış zamanı dinləmə cihazları, həmçinin bir neçə mobil telefon, noutbuk və planşet aşkar edilib.