Avstriyada TikTok qadağan olundu

12:15 11.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstriyanın daxili işlər naziri Gerhard Karner, Çin sosial media platforması TikTok-un "təhlükəsizlik narahatlıqları" səbəbiylə federal səviyyədə dövlət işçiləri tərəfindən korporativ mobil telefonlardan istifadəsinin qadağan edildiyini açıqladı.

Hafta.az-ın yazdığına görə, mətbuata verdiyi açıqlamada Karner, Daxili İşlər Nazirliyinin nəzdində yaradılan ekspert komitəsinin fevral ayından bəri TikTok tətbiqi ilə bağlı araşdırmalarına uyğun olaraq aldığı qərarı ictimaiyyətlə bölüşdü.

Dövlət məmurlarının TikTok-dan şəxsi cihazlarında istifadə edə biləcəyini deyən Karner, bu tətbiqin federal səviyyədə rəsmi cib telefonlarında istifadəsinin yasaqlandığını və sözügedən tətbiqin Çin dövlətinə aid olduğunu, bunun da informasiya və məlumatlarla bağlı müxtəlif narahatlıqlar doğurduğunu bildirib. 

Federal hökumətlə yanaşı, Yuxarı Avstriya əyaləti də oxşar səbəblərdən öz işçilərinin korporativ mobil telefonlarında TikTok-dan istifadəni qadağan edib.