Yazını böyüt
Yazını kiçilt
Bakının Sabunçu rayonunda qəza baş verib.
Hafta.az-ın məlumatına görə, rayonun R.Rüstəmov küçəsində 86 ünvanında avtobusla minik maşını toqquşub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb, 1 nəfər ölüb.
Yaralılar 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya çatdırılıblar. Onların vəziyyətləri orta-ağırdır.