Avtobus sürücüsü döyülüb

10:18 02.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Nizami rayonunda avtobus sürücüsü döyülüb.

 

Hafta.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

 

113 nömrəli xətt avtobusunun sürücüsü 1986-ci il təvəllüdlü Gülməmmədov Mehran Mehman oğlu sərnişin tərəfindən döyülüb. Sürücü M.Gülməmmədov xəstəxanaya yerləşdirilib. Onun burun sümüyü sınıb.