Yazını böyüt
Yazını kiçilt
Bakıda sex yanıb.
Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Binəqədi rayonunda ümumi sahəsi 500 m² olan bir dam altında tikilən 8 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun dam örtüyünün taxta atmaları 38 m² sahədə və içərisində olan 1 ədəd hava kompressoru yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.