Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

21:31 12.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 13-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimal olunur.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.