Avtomobildən 6 min manat oğurlayan şəxs saxlanılıb

11:56 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən il dekabrın 30-da Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 6000 manat oğurlanıb.

DİN-dən hafta.az-a verilən xəbərə görə, bu barədə Nəsimi RPİ 21-ci Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.