Yazını böyüt
Yazını kiçilt
Yevlaxda itkin düşdüyü deyilən şəxsin meyiti tapılıb.
Hafta.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Tunar Məmmədov əvvəlcə itkin kimi qeydiyyata alınsa da, onun idarə etdiyi avtomobillə qəza edərək kanala düşdüyü və nəticədə öldüyü məlum olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı Trend-ə təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.