Avtoservisdən pul oğurlayan Siyəzən sakini saxlanılıb

17:14 27.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avtoservislərin birindən 34 000 manat pul oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservislərin birindən 34 000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.