AvtoVAZ “Lada” modellərinin qiymətini artırıb

09:10 16.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

AvtoVAZ bir sıra “Lada” modellərinin qiymətlərini artırıb. “Granta”, “Vesta” və “Niva” modelləri üçün edilən qiymət düzəlişlərində qiymətlər orta hesabla 3,5 faiz bahalaşıb.

Hafta.az-ın yazdığına görə, şirkətin rəsmi saytında yenilənmiş qiymət siyahılarına əsasən, bu artım inflyasiyadan aşağı qalmaq üçün edilib.

İlin əvvəlindən bəri “Lada” qiymətləri ümumilikdə 4,3 faiz indeksləşdirilib. “Granta” seriyasında liftback və Cross versiyalarının qiymətləri müvafiq olaraq 2 faiz artaraq 1 milyon 140 min rubla, Sportline sedanının qiyməti isə 1,3 milyon rubla yüksəlib.

Vesta seriyasında qiymət artımı yalnız Sportline versiyasında görülüb və bu artım 1 faizdən az olub.

Niva ailəsində “Lada Niva Bronto”nun yeni qiyməti 1,44 milyon rubl, “Lada Niva Travel”in qiyməti isə 1,3 milyon rubl olaraq müəyyən edilib.

Qiymət artımları AvtoVAZ-ın ən sərfəli modelləri olan əsas “Granta”, “Vesta”, “Niva Legend” və “Largus” modellərinə təsir etməyib.