Avtoxuliqanlıq edən sürücü həbs edilib

12:27 08.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü - C.Adıgözəlov saxlanılıb.

Onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.