Axtarışda olan 47 nəfər tutuldu

11:02 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.