Ayda 100 min dollar qazanan "Skibidi-Toilet"lə bağlı araşdırma başladı

11:12 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya polisi məşhur "Skibidi Tualet" cizgi serialı ilə bağlı araşdırmalara başlayıb.

Hafta.az-ın Gazeta.ru-ya istinadən yazdığına görə, araşdırmalar övladının seriala baxdığını görən Moskva sakininin şikayəti əsasında aparılır. İnsanlar serialın qadağan olunmasını tələb edirlər.

Bəzi valideynlər övladlarının tualetdən insan başlarının çıxmasına görə tualetə getməkdən qorxduqlarını deyirlər və YouTube-da animasiyanın yasaqlanmasını istəyirlər.

Qəzet, Shorts və TikTok-da məşhur olan serialın hər yeni bölümünün YouTube-da milyonlarla baxışa çatdığına diqqət çəkib.

Serialda insan başlı tualetlərə “skibidi-tualet” deyilir.

Vikipediyadakı məlumata görə, serialın yaradıcısı hazırda Gürcüstanda yaşayan Aleksey Gerasimov adlı Rusiya vətəndaşıdır. 2023-cü ilin fevral ayında yayımlanmağa başlayan serialda cəmi 70 bölüm var. Hər epizod milyonlarla dəfə izlənilib.

Gerasimovun aylıq gəlirinin ən azı 100 min dollar olduğu təxmin edilir.