Azərbaycan, Türkiyə və Rusiya Ermənistana təpki göstərməlidirlər - Politoloq

13:49 29.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransanın Ermənistanı silahlandırılması, kəşfiyyat məlumatlarının qarşılıqlı şəkildə ötürülməsi tək Azərbayana qarşı yox, regiona qarşı İrəvandan bir alət kimi istifadə niyyətini ortaya qoyur". Bunu hafta.az-a politoloq Natiq Miri deyib.

Ekspert qeyd edib ki, Ermənistanın sputnik məlumatları kontekstində imkanları məhduddur. Bu imkanları Ermənistan üçün yaradan, bununla bağlı ona vədlər verən ölkə Fransadır. Bir tərəfdən Fransa Avropa Birliyi müşahidə missiyası çərçivəsində Ermənistnda fəaliyyət göstərməklə kəşfiyyat məlumatlarını toplayır. Azərbaycan, Türkiyə, Rusiya, hətta İranın ərazisində ordunun istənilən hərəkətlənməsini qeydə alır və bu kəşfiyyat informasiyalarını Avropa Birliyinə, İrəvana ötürür.

Politoloq Ermənistan-Fransa arasında belə bir razılaşmanın mövcud olduğunu deyib. O, hesab edir ki, bu kontekstdə Azərbaycan, Türkiyə və Rusiya birgə antiregion düşmənçilik siyasətinə görə Ermənistana təpki göstərməlidir. Çünki bu kəşfiyyat məlumatı tək Azərbaycanla bağlı deyil.

“Fransa dövləti dolayısı ilə Ermənistana müdafiə və təhlükəsizlik təminat verməklə bağlı hazırlıqlar görür. Hətta müdafiə və təhlükəsiziliklə bağlı Fransa və ABŞ-la Ermənistanın saziş bağlayacağı da bildirilir. Son günlərdə Ukrayna dövləti NATO-ya daxil olana qədər Böyük Britaniya, Almaniya, Fransa, İtaliya ilə uzun müddətli təhlükəsizlik sazişləri imzalayıb. Eyni modeli Ermənistan özü üçün təhlükəsizlik kontesti üzərində yaratmaq istəyir. Bu məsələdə əsas lokamativ Fransadır. Ona görə də Ermənistanın silahlandırması konrekstində Fransanın Ermənistanda ciddi yerləşməsinə rəvac veriblər”.

Paralel Fransanın müdafiə naziri Lekorno böyük bir nümayəndə heyəti ilə Ermənistana səfər etdi. Politoloq bu səfər çərçivəsində nümayəndə heyətinin tərkib hissəsinə diqqət çəkib:

N.Miri qeyd edib ki, Ermənistanda səfərdə olan məlum nümayəndə heyətinə daxil olan şəxslər Fransanın aparıcı müdafiə sənaye korparasiyalarının məsul şəxsləridir.

“Fransanın radar, havadan və raketdən müdafiə sahəsində böyük şirkətləri nümayəndə heyətinin tərkib hissəsində idi. Bu koorparasiyalar Ermənistanın hansı silahlara ehtiyacının olduğunu öyrənməklə bərabər, müdafiə sənaye kompleksini yaratmaq, dirçəltmək və gələcəkdə müasir silahların Ermənistan daxilində istehsal edilməsini istəyirlər.”

Oxunma sayı 45
Siyasət rubrikasından digər xəbərlər