Azərbaycan-İran sərhədində yanğın - VİDEO

11:45 22.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan-İran sərhədində yanğın olub.

 

Bu barədə hafta.az-a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Əhmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.

 

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.

 

Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.

 

Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.