44 günlük 2-ci Qarabağ savaşının ildönümünün yaşandığı bu günlərdə ir çox tanınmış siyasi və hərbi ekspertlər onun nəticələrini geniş təhlil etməkdədir.
27 sentyabr 2020-ci ildə başlayan 44 günlük ikinci Qarabağ müharibəsi tək ona qoşulan Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi deyil. Bu müharibə Cənubi Qafqazda siyasi və hərbi güc balansını dəyişdirdi, Türkiyənin regional bir güc olaraq daha da yüksəlməsinə şərait yaratdı, Rusiyanın Cənubi Qafqaza təsirinin real sərhədlərini və ABŞ və AB ölkələrinin postsovet məkanının bu hissəsindəreal maraq dərəcəsinin hansı səviyyədə olduğunu ortaya qoydu.
Hafta.az xəbər verir ki, Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktoru Ruslan Puxov özünün “Kommersant” qəzetində dərc edilmiş məqaləsində yazır.
Xatırladaq ki, bu günlərdə həmin mərkəz Qarabağ müharibəsinin gedişi və siyasi, geosiyasi nəticələri barədə Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı kitab nəşr etdirmişdi.
Onun sözlərinə görə, Azərbaycanın pilotsuz təyyarələr və döyüş sursatı ilə hava üstünlüyünə nail olması tək müharibənin nəticəsini təyin edən əsas amillərdən biri deyil, həm də bu cür lokal miqyaslı silahlı toqquşmalarda döyüş sənəti baxımından tam bir yenilik idi.
Ruslan Puxova görə, 26 il “dondurulmuş” vəziyyətdə qalandan sonra Ermənistan-Azərbaycan münaqişəsinin bu cür sürətlə və güclü şəkildə yenidən başlaması Qarabağdakı indiki vəziyyətin dayanıqlı olmayacağını deməyə əsas verir. “Bir halda ki, belədir, o zaman nəinki müharibənin dərslərini nəzərə almaq, eyni zamanda onun yaratdığı dinamikanı izləmək lazımdır”, - rusiyalı təhlilçi belə yazır.
Müəllifin fikrincə, ilk növbədə ondan çıxış etmək lazımdır ki, müharibənin yekunları məğlub tərəfi şoka salıb ona dərin yara vursa da qalibləri də tam qane etməyib. “Əgər erməni tərəfinin revanş imkanları təsəvvür olunan perspektiv üçün üfüqdə görünmürsə belə Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində tam və yekun nəzarəti bərpa etməyə nail olacaq”, - o bildirir.
Müəllif hesab edir ki, müharibənin nəticələri Rusiyanı da mürəkkəb vəziyyətdə qoyub. Puxovun yazdığına görə, bir çox beynəlxalq analitiklər tələsərək hərbi əməliyyatların dayandırılması razılaşmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini Moskvanın qələbəsi adlandırıblar. Rusiya qoşunlarının indi hər üç Cənubi Qafqaz ölkəsində iştirakını qeyd ediblər.
“Amma belə baxışlar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan,Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”, - Puxov yazır.
Hələlik isə onun fikrincə, Rusiya rəhbərliyi taktiki səviyyədə yaxşı manevr edir. Moskva müharibədən sonra da Ermənistanı özünün strateji müttəfiqi olaraq saxlayıb, Azərbaycanla isə tərəfdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda Türkiyənin Qafqazdakı iştirakını reallıq kimi qəbul edir:
Beləliklə, bölgədəki mövcud status-kvo əvvəlki kimi qeyri-sabitdir. Müttəfiq Ermənistan və tərəfdaş Azərbaycan arasında uzunmüddətli tarazlığın qorunması ilə bağlı Rusiyanın keçmişdə oynadığı rol, Moskvanın münaqişə zonasında vəziyyəti idarə edən arbitr rolunu saxlaması real deyil. Moskvanın vasitəçiliyi ilə 1994 -cü ildə həyata keçirilən atəşkəs, dörddə bir əsrdən çox davam etdi, amma nəticədə yeni bir müharibənin qarşısını ala bilmədi. Dağlıq Qarabağın xarabalıqları üzərində buna bənzər bir şeyi yenidən qurmağa çalışmaq mənasızdır.
Strateji olaraq Moskva, müharibə edən tərəflər arasında iqtisadi əməkdaşlıq layihələrini təşviq etmək, SSRİ-nin dağılmasından sonra parçalanmış bölgənin daxili birliyini artırmaq, şimal-cənub və şərq-qərb xətləri boyunca nəqliyyat və digər kommunikasiyaları inkişaf etdirmək üçün bir yol göstərdi. Rasional baxımdan bu, düzgün yanaşmadır və daim müəyyən xüsusi nəticələr əldə edərək onu inkişaf etdirməyin mənası vardır. Bir nöqtədə yığılmış pozitivlər, prinsipcə, vəziyyətin dinamikasını dəyişə bilər".