Azərbaycan cüdoçusu İslamiadada qızıl medal qazanıb

19:57 09.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Hafta.az-ın xəbərinə görə, 70 kq çəki dərəcəsində çıxış edən Südabə Ağayeva bu gün döşək üzərinə çıxıb.

Təmsilçimiz finalda özbəkistanlı Xurşida Razzokberdieva ilə qarşılaşıb və rəqibini məğlub edərək qızıl medalın sahibi olub.