Azərbaycan gübrə idxalını azaldıb

15:40 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 24 367,66 min ABŞ dolları dəyərində 89 878,45 ton gübrə idxal olunub.

Hafta.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində təxminən 43,6%, həcm ifadəsində isə 40,3% azdır.

Aprel ayı ilə müqayisədə isə bu ilin mayında sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 2,9% azalıb, həcm ifadəsində isə 5,8% artıb.

Qeyd edək ki, bu ilin ilk beş ayında gübrə idxalının ümumi idxalda payı 0,55% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,49 faiz bəndi azdır.

Oxunma sayı 683