Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

12:14 31.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.

Hafta.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.