Azərbaycan millisi Özbəkistana məğlub olub

21:00 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında növbəti voleybol matçı keçirilib.

Hafta.az xəbər verir ki, Gəncədə voleybol üzrə oğlanlardan ibarət Azərbaycan millisi Özbəkistanla qarşılaşıb.

Görüşdən əvvəl Azərbaycan və Özbəkistanın Dövlət Himnləri səsləndirib.

Qarşılaşma Özbəkistan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.