Azərbaycan nefti ucuzlaşdı

10:58 15.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azeri Light" markalı Azərbaycan nefti 1 dollar aşağı düşüb.

 

Hafta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,08 % azalaraq 86,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.