Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir - FOTO

17:41 04.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazırlığı həftəsi çərçivəsində tabor, bölük, divizion və batareya səviyyəsində yarışlar keçirilir.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, bir neçə mərhələdə keçiriləcək yarışların əsas məqsədi bölmələrin döyüşə hazırolma vəziyyətini yüksək səviyyədə saxlamaq, hərbi qulluqçuların praktiki vərdişlərini təkmilləşdirmək və şəxsi heyətin sağlam rəqabət əzmini artırmaqdır.

 

Yarışların nəticələrinə əsasən, qalib heyətlər mükafatlandırılacaq.