Azərbaycan Ordusunda hərbi qulluqçular və mülki işçilər üçün seminarlar keçirilib

18:00 09.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri və Qadınlarla İş şöbəsinin nümayəndələri tərəfindən bir neçə hərbi hissədə seminar keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, görüşlərdə hərbi qulluqçu və mülki işçilərə inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib. Bu sahədə mövcud məsələlər müzakirə olunub və onları maraqlandıran suallar cavablandırılıb.

Oxunma sayı 59