Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar

22:07 20.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.

Hafta.az xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi finalda Özbəkistanla qarşılaşıb.

Rəqibinə 45:43 hesabı ilə qalib gələn komandamız qızıl medala sahib çıxıb.