Azərbaycan taekvondoçusu İslamiadada bürünc medal qazanıb

21:45 16.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Hafta.az-ın məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə kot-d'İvuarlı İssa Diakiteyə 2:1 hesabı ilə qalib gəlib.

İslamiadaya noyabrın 21-də yekun vurulacaq.