Azərbaycan Türkiyənin 2023-cü ildə ən çox ixrac etdiyi ikinci ölkədir

10:10 27.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyənin son illər sürətlə genişlənən ixrac potensialının təcəssümü olan siyahı tərtib olunub.

Hafta.az-ın yazdığına görə, TÜİK-in hazırladığı siyahıda ölkənin ən çox məhsul ixrac etdiyi ölkələr sıralanıb. Maraqlı olar deyə, Azərbaycanın da adı çəkilən həmin siyahını təqdim edirik.

Türkiyənin məhsul ixrac etdiyi ölkələrin siyahısında ilk yeri Almaniya tutur. Azərbaycan isə son vaxtlar qardaş ölkə ilə artan ticarətin yekunu olaraq ikinci pillədə qərarlaşıb. İlk üçlüyü son illər Türkiyə ilə nəhənk iqtisadi layihələrə imza atmış Birləşmiş Ərəb Əmirlikləri tamamlayır.

Siyahıda Çin dördüncü, Fransa beşinci, İngiltərə altıncı, İsveç yeddinci, Karib dənizi ölkələri birliyi səkkizinci, Kosovo doqquzuncudur. İlk onluğu Maldiv Adaları tamamlayır.