Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir

17:37 17.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir.

 

Hafta.az xəbər verir ki, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Oxunma sayı 29