Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

14:13 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin müdafiə nazirlikləri arasında 10-cu Qərargah danışıqları keçirilib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən, əməkdaşlığın cari vəziyyəti və mümkün perspektivləri müzakirə olunub.