Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində danışıqları bu gün davam etdirəcək

09:53 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar bu gün Berlində davam etdiriləcək.

Hafta.az xəbər verir ki, danışıqlar fevralın 28-də başlayıb.

Dünən əvvəlcə nazirlər arasında ikitərəfli görüş keçirilib. Görüş daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam etdirilib.

Bundan başqa, almaniyalı nazir azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər də keçirib.

Oxunma sayı 36
Siyasət rubrikasından digər xəbərlər