Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib - FOTO

10:42 11.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi "twitter" səhifəsində məlumat verib.

Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.