Azərbaycanda 2 036 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17:51 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 036 yeni yoluxma faktı qeydə alınıb, 1 045 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 516 325 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 484 604 nəfər müalicə olunaraq sağalıb, 6 894 nəfər vəfat edib, aktiv xəstə sayı 24 827 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 325, ötən müddət ərzində isə ümumilikdə 5 108 298 test aparılıb.