Azərbaycanda 4010 nəfər COVID-19-a yoluxub, 41 nəfər vəfat edib

17:30 29.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.