Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılacaq

16:51 13.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır.

Hafta.az xəbər verir ki, bu barədə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə. İsmayılovun sözlərinə görə, mütəxəssislər innovativ olaraq, artıq MEDİA ilə birlikdə işləyir:

"Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək belə bir platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik".

Oxunma sayı 35