Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

19:32 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 186 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 4 310 597 təşkil edir.

Oxunma sayı 35