Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:13 15.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 132 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra buster doza olunanların sayı 220 224 təşkil edir.