Yazını böyüt
Yazını kiçilt
Hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir.
Bunu Hafta.az-a açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. Y.Qarayevanın sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir.
O, qeyd edib ki, digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır:
"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır".