Azərbaycanda məktəblərin sayı açıqlanıb

13:13 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda 4400 ümumtəhsil müəssisəsi var. 1970-ci illərdə bu rəqəm 765 olub, 70-ci illərin sonuna qədər isə 2117-yə çatıb.

Hafta.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1970-ci illərdə ümummili lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın məktəb şəbəkəsi genişləndirilib.