Yazını böyüt
Yazını kiçilt
Malayziyanın ölkəmizdəki Səfirliyi Malayziya vətəndaşları üçün Heydər Əliyev - 2025-2026-cı tədris ili üçün Beynəlxalq Təhsil Qrant Proqramı artıq açıq olduğunu elan edir.
Hafta.az-ın yazdığına görə, Azərbaycan hökuməti tərəfindən 5 ilədək tam maliyyələşdirilən bu təqaüdə daxildir:
Tam təhsil haqqı,
İllik beynəlxalq uçuş (iqtisadiyyat),
Aylıq müavinət (800 manat),
İllik tibbi sığorta (200 manat),
Viza və qeydiyyat.
Səfirlik proqramdan yarrlanmaq istəyən Malayziya vətəndaşlarına xitabən bildirir ki, müraciət müddəti 15 mart - 15 may (Bakı vaxtı ilə 6 PM) tarixlərini əhatə edir.
Daha ətraflı məlumat almaq istəyənlər https://studyinazerbaijan.edu.az/H.Aliyev_IEG_CALL_18.04.pdf saytına müraciət edə bilərlər.