Azərbaycanda toy karvanında ağır qəza: Ölənlər və xəsarət alanlar var

11:24 09.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Toy karvanına daxil olan VAZ-2107 markalı avtomobil “Mercedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.