Azərbaycanda yeni medal təsis edildi

19:51 16.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni medal təsis edilib.

Hafta.az-ın məlumatına görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Qanuna əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.