Azərbaycanda zəlzələ olub

21:32 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 20-də yerli vaxtla saat 17:37-də Zaqatala stansiyasından 42 km cənub-qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ yaxın sərhəd rayonlarda zəif hiss edilib.