Azərbaycanda zəlzələ olub

20:58 29.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 29-da Pirqulu seysmoloji stansiyasından 44 kilometr cənubda, Qobustan rayonunun ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yerli vaxtla saat 17:50-də qeydə alınan zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib və 3 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudası 3,6-ya bərabər olub.