Yazını böyüt
Yazını kiçilt
Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsindəki Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan Bişkekdə keçirilən orqan donasiyası və transplantasiyasına həsr olunmuş beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib.
Assosiasiyadan hafta.az-a bildirilib ki, Türk Dünyası Transplantologiya Cəmiyyətinin təşkil etdiyi tədbirə 16 ölkədən aparıcı mütəxəssis qatılıb.
Rəşad Şolan simpoziumda Azərbaycanda böyrək transplantasiyası sahəsindəki elmi tədqiqatlarının nəticələrini beynəlxalq auditoriyaya təqdim edib.