“Azəriqaz”ın sədri vəzifəsindən azad edilib

12:35 11.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.

Hafta.az xəbər verir ki, bu barədə qurumdan məlumat bildirilib.

Məlumata görə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Azər Məmmədov gətirilib.