Babək Quliyevə UEFA-dan növbəti TƏYİNAT

19:20 10.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Hafta.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru olacaq.

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.