Badamdarda fərdi evdə yanğın olub

12:21 22.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə hafta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 300 kvadrat-metr olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində səkkizotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 40 kvadrat-metr sahədə yanıb.

Qeyd edilib ki, evin böyük hissəsi yanğından mühafizə olunub.