Bakı, Sumqayıt və Abşeronda müəllimlərin yerdəyişmə qaydası dəyişib

11:45 16.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək.

Hafta.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, digər bölgələrdə yerdəyişmə açıq şəkildə olacaq.

"Bu ildən etibarən ucqar kənd yerlərində 3 ildən çox fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq", - deyə o bildirib.